Dünya

Bir ailənin ölümü ilə nəticələnən dəhşətli qəzada ürəkağrıdan detal - VİDEO - FOTO

23 İyul 2025 12:26
Baxış: 4 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda avtomobillə yük maşınının toqquşması nəticəsində eyni ailədən 3 nəfər həyatını itirib, 5 yaşlı uşaq isə yaralanıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, məlumata görə, ailə, oğulları Süleyman Kahyaoğlunun hərbi məktəbə müraciəti üçün Bursa şəhərindən tibbi arayış alaraq evlərinə qayıdarkən qəzaya düşüb.

Eyni ailədən 3 nəfər həyatını itirdi

Toqquşma nəticəsində avtomobil dəmir yığınına çevrilib. Hadisə yerinə dərhal təcili yardım, yanğınsöndürmə və polis qrupları cəlb olunub. Məlum olub ki, avtomobildə olan ailə üzvlərindən Şükrü Kahyaoğlu, həyat yoldaşı Fatma Kahyaoğlu və oğulları 19 yaşlı Süleyman Kahyaoğlu dünyasını dəyişib. Digər övladları, 5 yaşlı Alaattin Kahyaoğlu isə yaralanıb.

Yaralanan Alaattin Kahyaoğlu Karacabey Dövlət Xəstəxanasında müalicəyə götürülüb, həyatını itirən ailə üzvlərinin cənazələri isə hadisə yerində aparılan araşdırmadan sonra eyni xəstəxananın morquna təhvil verilib.

Ailə tibbi arayış üçün Bursaya getmişdi

Həlak olan ata Şükrü Kahyaoğlu bölgə yol polis idarəsində polis əməkdaşı olaraq çalışıb. Ailə Süleyman Kahyaoğlunun hərbi məktəbinə qəbul üçün Bursa şəhərindən tibbi arayış aldıqdan sonra evlərinə dönərkən qəzaya düşüb.

Qəza ilə bağlı istintaq başladılıb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.