İdman

"Zirə" tarixinin ən bahalı satışı: Rəşad Sadıqov Sumanın transferinin detallarını AÇIQLADI

23 İyul 2025 22:23
Baxış: 491
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəşad Sadıqov "Zirə"dən ayrılan Salifu Sumanın "Malmö"yə transferinin detallarını açıqlayıb. 

Milli.Az xəbər verir ki, qvineyalı vinger 1,3 milyon avroya İsveç klubuna transfer edilib. R.Sadıqov Konfrans Liqası üzrə "Hayduk"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında Sumanın transferi barədə danışıb:

"Bizim futbolçunun xarici skautların diqqətini cəlb etməyi gözəldir. Suma adına çox sevinirəm. Onun ilk gəldiyi günü xatırlayıram. Qışda da yaxşı təklifləri var idi. Mən ona deyirdim ki, tələsmə, daha yaxşı təkliflərin olacaq. Bu yay da çoxlu təkliflər almışdı. Qərar verdik ki, "Malmö" olsun. Onlardan da daha çox təklif edən klublar var idi. Amma onun üçün hər mövsüm avrokuboklarda oynayan "Malmö"nün daha uyğun olduğunu düşündük", deyə mütəxəssis qeyd edib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.