Türkiyənin Eskişehirin Seyitgazi rayonundakı meşə yanğını Afyonkarahisar bölgəsinə yaxınlaşıb: Sarıcaova məhəlləsi təxliyə edildi.
Seyitgazi rayonuna bağlı Büyükyayla və Fethiye məhəllələrinin yaxınlığında dünən səhər saatlarında başlayan yanğının söndürülməsi zamanı, alovların qəfil güclənməsi nəticəsində yanğınsöndürmə briqadasının bəzi üzvləri alovların arasında qalıb.
Xilas edilən 12 yaralı, Eskişehir və Afyonkarahisardakı müxtəlif xəstəxanalarda müalicəyə cəlb olunub. Qeyri-müəyyənlik davam etdiyi üçün itkin düşən əməkdaşların tapılması məqsədilə aparılan axtarış-xilasetmə əməliyyatları zamanı bəzilərinin meyitlərinə rast gəlinib.
Yanğını söndürmək üçün ərazidə çalışan 11 nəfər həlak olub.
Lalə Qüdrətova
Milli.Az