Ölkə

İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat

23 İyul 2025 18:32
Baxış: 806
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, Elvin Camalov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu təyinatadək o, iqtisadiyyat nazirinin müşaviri kimi fəaliyyət göstərib.

Bununla yanaşı, Ayaz Əliyev iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, 2001-2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən etibarən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

E.Camalov 1985-ci ildə anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi iqtisadiyyat" ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr dərəcəsi alıb. 2019-cu ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Davamlı inkişafın idarə edilməsi" ixtisası üzrə ikinci magistr təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan E. Camalov nazirliyin müxtəlif strukturlarında çalışıb. 2019-2022-ci illərdə İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri olub. 2024-cü il iyunun 3-dən 2025-ci il iyulun 21-dək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

O, 2020-ci il 23 iyun tarixli Prezident sərəncamı ilə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

E. Camalov ailəlidir, bir övladı var.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.