Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.
Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.
Milli.Az