Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.
Milli.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bankın aktivlərinin həcmi 14,047 milyard manat təşkil edib.
İkinci sırada 12,714 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 8,967 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 123,768 milyon manat təşkil edib.
Banklar | Aktivlər (min manat) |
ABB | 14 047 022,56 |
Kapital Bank | 12 714 118,00 |
PAŞA Bank | 8 967 300,00 |
Xalq Bank | 3 440 521,92 |
Bank Respublika | 2 658 381,91 |
AzərTürkBank | 1 918 414,00 |
UniBank | 1 812 288,91 |
Access Bank | 1 601 917,00 |
YeloBank | 1 323 684,23 |
RabitəBank | 1 187 981,58 |
ZiraatBank | 1 068 531,61 |
Bank of Baku | 1 044 950,85 |
Turan Bank | 947 969,00 |
Azərbaycan Sənaye Bankı | 814 842,77 |
Premium Bank | 648 199,00 |
ExpressBank | 614 016,00 |
YapiKrediBank | 591 908,39 |
BTB Bank | 364 211,00 |
VTB Bank | 337 037,00 |
AFB Bank | 311 822,80 |
Avrasiya Bank | 195 235,50 |
Bank Melli İran | 123 768,11 |
Milli.Az