19:38
Rusiyada "Baza" Telegram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı çıxarılıb.
APA xəbər verir ki, məhkəmə "Baza"nın baş redaktorunun barəsində sentyabrın 20-dək həbs qətimkan tədbiri seçib.
-----------
16:52
İstintaq Komitəsi "Baza Telegram" kanalının baş redaktoru Qleb Trifonov və prodüser Tatyana Lukyanovaya qarşı rəsmi ittiham irəli sürüb. Onlar bir qrup şəxsə külli miqdarda rüşvət verməkdə ittiham olunurlar.
Milli.Az xəbər verir ki, istintaq təqsirlərini etiraf etməyən hər iki təqsirləndirilən şəxsin həbsi ilə bağlı artıq məhkəməyə vəsatət verib.
İstintaq Komitəsi hesab edir ki, Trifonovun Krasnodar, Krasnoyarsk diyarı və Belqorod vilayətinin polis əməkdaşlarına məlumat müqabilində rüşvət verilməsində əli var.
"Onlar internet mesencerlər vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından fövqəladə vəziyyət və onun nəticələri barədə məlumat alıblar, sonra isə pulu köçürüblər", - deyə mənbə bildirib.
Qleb Trifonovun Rusiya regionlarından polis əməkdaşlarına rüşvət verməsi ilə bağlı işdə 100 min rubl (2 000 manatdan çox) məbləğ olduğu deyilir.
Xatırladaq ki, ötən gün Rusiya İstintaq Komitəsi "Baza" "Telegram" kanalının baş redaktoru və həmkarının Moskvada rüşvət verilməsi ilə bağlı saxlanıldığı barədə məlumat yayıb. Nəşrin redaksiyasında və Trifonovun mənzilində axtarışlar aparılıb, axtarış zamanı sənədlər və elektron daşıyıcılar aşkarlanaraq müsadirə edilib.
Milli.Az