Rusiya

Rusiyada OMON azərbaycanlıları saxladı - VİDEO

22 İyul 2025 11:56
Baxış: 2 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində miqrantların qanunsuz leqallaşdırılması iddiası ilə 4 azərbaycanlı saxlanılıb.

Milli.Az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya Milli Qvardiyasının birgə keçirdiyi əməliyyat çərçivəsində Azərbaycan əsilli Rusiya vətəndaşları həbs edilib.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər saxta miqrasiya kartları və iş icazələri hazırlayaraq, əcnəbi vətəndaşlara 90 günədək Rusiyada qalmaq imkanı veriblər. Onların bu yolla 2 milyon rubldan çox gəlir əldə etdiyi və mindən artıq miqrantı leqallaşdırdıqları bildirilir.

Rusiya məhkəməsi artıq bütün təqsirləndirilən şəxsləri əcnəbilərin qanunsuz miqrasiyasını təşkil etmə maddəsi ilə 2 ildən 5 ilədək həbs cəzası ilə cəzalandırıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.