İllər əvvəl "Vağzalı" ilə gəlin köçən azərbaycanlı məşhurlar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaşı, məşhurların da ailəsində yaşanıb. Onların illər əvvələ aid toy görüntlərilə tez-tez mətbuatda tez-tez gündəmə gəlirlər. Hazırda ailə quran həmin tanınmışlardan xoşbəxt olanlar da var, evliliklərini tez zamanda bitirənlər də... Bəs görəsən illər əvvəl hansı məşhurlar "Vağzalı"ilə gəlin köçüb?
Həmin siyahını oxuculara təqdim edirik:
Xalq artisti Brilliant Dadaşova
.jpg)
Xalq artisti Brilliant Dadaşova 33 il əvvəl ailə qurub. Onunn toy görüntüləri ATV-də yayımlanan "7 canlı" proqramında nümayiş olunub.
Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar. Sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur.
Onların bu evlilikdən Cahad adlı bir övladı var.
Aparıcı Zümrüd Bədəlova
Aparıcı Zümrüd Bədəlovanın illər əvvəl baş tutan toyunun kadrları "Gün ortası" verilişində nümayiş olunub. Bədəlovanın toyu 19 il əvvəl, yəni 2006-cı ildə keçirilib. Onun bir qızı var. Aparıcı efirdə toy görüntülərini görərkən həm təəccüblənib həm də kövrəlib.
Müğənni Safura Əlizadə
.jpg)
Safura Əlizadə 12 il əvvəl, yəni 2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Sənətçinin təmtəraqlı toy mərasimi "Palmalife Resort and Spa" hotelində keçirilib. Mərasiminə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, prodüser Tarix Əliyev (Tolik), "Bakılı oğlanlar" komandasının keçmiş üzvü Elçin Əzizov də iştirak ediblər. Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib. Hazırda cütlüyün Aişə, İsgəndər və Natiq adlı üç övladı var.
Müğənni İradə İbrahimova
.jpg)
.jpg)
İradə İbrahimova 2009-cu ildə ailə qurub. Sənətçi Ceyhun İzzər adlı Azərbaycan əsilli türk biznesmenlə evlənib. İradə toyundan əvvəl bəylə birlikdə Mirmöhsün Ağanın məzarını ziyarət edib. Toyu əməkdar artist Ənvər Sadıqovun rəhbərliyi altında müğənni Abbas Bağırov idarə edib. Aparıcı isə Nəsib Nura həvalə olunub. İradə toyunda Brilliant Dadaşovanın repertuarından "Səninəm" mahnısını bəy üçün oxuyub. Toyda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Arif Babayev, Tünzalə Ağayeva və digər şəxslər iştirak ediblər. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Cütlüyün hazırad İpek və Əli adlı iki övladı var.
Müğənni Elnarə Xəlilova
.jpg)
Müğənni Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailə qurub. Onun dörd övladı var. Elnarənin toyunda geyindiyi gəlinlik dekoltesinə görə müzakirələrə səbəb olmuşdu. Sənətçi müsahibələrindən birində "İndiki ağlım olsaydı, belə gəlinlik geyinməzdim. Hərdən yoldaşıma deyirəm ki, o gəlinliyi mən geyinmişdim, bəs sən hara baxırdın? Qoymazdın məni elə geyinməyə" deyə bildirib.
Müğənni Natavan Həbibi
.jpg)
.jpg)
Natavan Həbibinin toyu 2017-ci ilin iyulun 7-də baş tutub. O reper Dado ilə ailə qurub. Məclisdə iştirak edən qadınlar yaşıl, qırmızı, ağ, kişilər isə qara və ağ geyimdə olmaları tapşırılıb. Cütlük həmçinin qonaqlara özləri ilə mobil telefon gətirməmələrini də xahiş edib. Onlar paytaxtdakı məkanlardan birində özünə təmtəraqlı toy edib. Lakin Natavanla Dado qısa müddət sonra ayrılıb.
Müğənni Xuraman Şuşalı
.jpg)
.jpg)
Xuraman Şuşalı 2010-cu ildə ailə qurub. O keçmiş "ANS" telekanalında çalışan Elçin adlı bəylə evlənib. Açıq havada gerçəkləşən toya cütlük "Hummer limuzin" markalı avtomobillə gəliblər. Toyda bir çox məşhur istirak edib. Bəy dindar olduğu üçün süfrələrdə alkoqollu içkilərin olmasına məhdudiyyət qoyulub. Hazırda Elçin və Xuraman cütlüyünün 4 övladı var. (baku.ws)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır





