Ölkə

Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub

23 İyul 2025 17:51
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

xxx

17:35

Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində başlayıb.

Belə ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğın davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.