Putinin azərbaycanlı müəlliminin xatirəsi anıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Prezident Akademiyasında görkəmli azərbaycanlı hüquqşünas alim, Rusiya Prezidenti Vladimir Putinin müəllimi olmuş Cahangir Kərimovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə Akademiya rektorunun müşaviri Viktor Zorin, prorektorlar Sergey Myasoedov və Aleksey Spirin, "Biz Rusiyanı sevirik" Beynəlxalq İctimai Hərəkatının Qəyyumlar Şurasının sədri Viktor Xmarin və digər dövlət orqanlarının, ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.
Tədbirdə azərbaycanlı alimin həyatından, elmi yaradıcılığından söhbət açılıb, onun yüksək ixtisaslı hüquqşünas pedaqoq kimi fəaliyyətindən danışılıb.
Qeyd olunub ki, Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub. Onun Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verdiyi bildirilib.
Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.
Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. Böyük Vətən müharibəsinin iştirakçısı olan Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub. O, hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. Kərimov 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.
Cahangir Kərimov Rusiya Prezidenti Vladimir Putinin də müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib. /APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı





