Rusiya

Rusiyanın qitələrarası nüvə raketi sınaq zamanı partladı - VİDEO - FOTO

22 Sentyabr 2024 16:57
Baxış: 3 386
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Plesetsk bölgəsindəki poliqonda RS-28 "Sarmat" nüvə qitələrarası ballistik raketinin sınaqları zamanı baş verən partlayışın peyk görüntüləri yayılıb.

Milli.Az-ın xəbərinə görə iddia olunur ki, təxminən 20 və ya 21 sentyabr tarixlərində buraxılış zamanı raket birbaşa poliqonda partlayaraq, nəhəng bir çuxur buraxıb və bununla da poliqonu məhv edib.

Əcnəbi analitiklərin fikrincə, "Sarmat"ın sonuncu uğurlu sınağı 20 aprel 2022-ci ildə baş tutub.

İddialara görə, bu, raketin dördüncü uğursuz sınağıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.