Rusiya

Belqorod aeroportuna PUA-larla hücum - İşçilər təxliyə edildi

24 Avqust 2024 16:14
Baxış: 2 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.

Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin istifadəsinə bağlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.