Rusiya

Bakıdan qayıdan Putin əmr verdi - Oktyabrın 1-nə qədər...

20 Avqust 2024 14:08
Baxış: 7 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya lideri Vladimir Putin orduya Ukrayna qüvvələrinin Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarılması üçün bir aydan çox vaxt verib.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə "RBC Ukrayna" hərbi-siyasi rəhbərlikdəki mənbəyə istinadən yazır. Bildirilir ki, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb.

Məlumata görə, onların vəzifəsi tapşırığı Pokrovski və Toretski istiqamətlərindən qüvvələri geri çəkmədən yerinə yetirməkdir.

Qeyd edək ki, Ukrayna qüvvələri 6 avqustdan Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlara başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.