Rusiya

ABŞ-ın 225 milyonluq hərbi paketinə nələr daxildir?

11 İyul 2024 23:20
Baxış: 1 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketinə "Patriot" zenit-raket kompleksi üçün batareya, NASAMS hava hücumundan müdafiə sistemləri üçün mərmilər və digər döyüş sursatları daxildir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

"Bu 225 milyon dollarlıq paketə "Patriot" raket batareyası, NASAMS mərmiləri, "Stinger" daşına bilən hava hücumundan müdafiə raketləri, HİMARS reaktiv yaylım atəşi üçün mərmilər, 155 mm və 105 mm-lik mərmilər, TOV tank əleyhinə mərmilər, həmçinin "Javelin" və AT-4 üçün mərmilər, güllələr və əlavə avadanlıqlar daxildir", - deyə Blinken bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.