Rusiya

Aleksey Navalnının həyat yoldaşı tutuldu

9 İyul 2024 20:10
Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın qiyabi həbsi barədə qərar verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Navalnaya ekstremist icmanın işində iştirakda ittiham olunur.

Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs müddəti Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.