Rusiya

Moskvada məşhur şəxs GÜLLƏLƏNDİ

6 İyun 2024 16:55
Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Aleksey Sviridov küçəsində 1989-cu il təvəllüdlü məşhur skeytbordçu Konstantin Balişanski güllələnib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-ləri Moskva şəhəri DİN Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qurum qətli sifarişli adlandırıb. Hadisə yerində kriminalistlər işləyirlər. Həmçinin, videomüşahidə kameralarının qeydləri öyrənilir, şahidlər dindirilir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları cinayətkarın üç dəfə atəş açdığını dəqiqləşdirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mərhum hadisə yerinin yaxınlığında yerləşən həyətdə yaşayırmış.

Qeyd edək ki, məşhur şəxsi güllələyən qatil zərərsizləşdirilib. Qatil Aminevskoye şossesi ərazisində ağacların arasında gizlənərkən yaxalanıb və aşkarlandıqdan sonra polis əməkdaşlarına atəş açıb, lakin zərərsizləşdirilib.

Hadisə anının görüntülərini təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.