Rusiya

Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döydü - VİDEO

5 İyun 2024 15:57
Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Faiq Quliyev adlı biznesmenin oğlu Meqion şəhərinin bələdiyyə nəzarəti şöbəsinin rəhbəri Semyon Qoliki döyməkdə təqsirləndirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Ura.ru" portalı yayıb. Hadisə məhkəmə zalında qeydə alınıb. 

Məlumata görə, insident 2023-cü ilin fevralında Faiq Quliyevin övladları və Semyon Qolik arasında baş verən dava ilə bağlı keçirilən məhkəmə prosesi zamanı olub. Bildirilir ki, iclas zalından çıxan tərəflər söhbəti zaldan kənarda davam etdirib. Bu zaman yenidən tərəflər arasında dava düşüb və Quliyevin kiçik oğlu Qolikə zərbə endirib. 

Portal davanın görüntülərini də paylaşıb. 

Rusiyalı məmur insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faiq Quliyevin azərbaycanlı olduğu bildirilir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.