Rusiya

Rusiyada dəhşət: Yaşlı qadın miqrantları kölə kimi saxlayaraq onları diləndirdi

9 May 2024 11:13
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada qadın altı miqrantı qanunsuz olaraq kölə saxlayıb, dilənməyə məcbur etdiyi üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Moskva vilayətində qeydə alınıb. Balaşixalı qadın evlərin birində beş kişi və bir qadını qul kimi saxlayıb, onlara qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib. Bundan başqa qadın onların sənədlərini, şəxsi telefonlarını götürüb və dilənməyə məcbur edib. Onların fəaliyyətinə o, özü nəzarət edib.

Qeyd edilib ki, qadına qarşı cinayət işi açılıb, onu üç ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.