Rusiya

Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı

28 Aprel 2024 14:49
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminin yayım tarixi açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalı məlumat yayıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da "Rossiya" kanalında canlı yayımlancaq", - deyə efirdə qeyd olunub.

Qeyd edək ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.