Rusiya

“Rusiya bu halda belə, hərbi əməliyyatlara fasilə verməyəcək”

19 Aprel 2024 14:20
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz həmişə danışıqları döyüşlərdən və müharibələrdən üstün tuturuq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Danışıqların hər zaman üstünlük verilən variant olduğunu söyləyən Rusiya XİN başçısı Ukrayna ilə Belarus və İstanbulda keçirilən görüşləri xatırladıb.

Lavrov qeyd edib ki, Ukrayna üzrə danışıqlar başlasa belə, Rusiya hərbi əməliyyatları dayandırmayacaq: "Kiyevə inam yoxdur, Rusiya Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verməyəcək".

O, Rusiyanın bu gün Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirilməsinin zəruriliyinə tam əmin olduğunu vurğulayıb

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.