Rusiya

İnterpol azərbaycanlı "vəkil"i saxladı

12 Aprel 2024 10:53
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın İrkutsk vilayətinin Tayşet şəhər məhkəməsinə sadələşdirilmiş qaydada saxtakarlıq yolu ilə Rusiya vətəndaşlığını almış miqrant barəsində cinayət işi daxil olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, alınmış saxta vəkil diplomu əcnəbiyə qısa müddətdə Rusiya vətəndaşı olmağa kömək edib:

Məlumata görə, 2009-cu ilin fevral ayında Azərbaycan Respublikasının vətəndaşı naməlum şəxslərdən ali təhsil haqqında diplomun qanunsuz əldə edilməsinin mümkün olduğunu öyrənərək saxta vəkil attestatları alıb. Eyni zamanda ixtisası üzrə ali məktəbdə oxumayıb və dövlət imtahanlarından keçməyib. Saxta sənəd sayəsində həmin şəxs 2022-ci ildə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almağa imkan verən ixtisaslaşdırılmış proqramın iştirakçısı olub.

İnterpol həmin şəxsi saxlayıb. Tayşetdə daimi yaşamaq üçün məskunlaşan şəxsdən saxta sənəd götürülüb.

Hazırda onu bir il həbs gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.