Rusiya

Olaf Şoltsdan “Crocus”dakı terrorla bağlı maraqlı ehtimal

28 Mart 2024 14:08
Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Kansleri Olaf Şolts Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında terror aktının hazırlanmasından alman kəşfiyyat xidmətlərinin xəbərsiz olduğunu deyib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu sözləri Berlinin terror hücumunun hazırlandığından xəbərdar olub-olmaması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

Şoltsun sözlərinə görə, oxşar məlumatların ABŞ-nin əlində olduğu ehtimal edilir.

"ABŞ kəşfiyyat xidmətlərinin əlində, çox güman ki, məlumatlar var idi", - Almaniya kansleri qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.