Rusiya

Rusiya bu gün... - FOTOlar

23 Mart 2024 12:31
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində 82 nəfərin həlak olduğu, 107 nəfərin isə yaralandığı bildirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bu gün səhər saatlarından etibarən Rusiyanın müxtəlif şəhərlərində ictimai yerlərdə, dayanacaqlarda faciə tarixi və "yad edirik" sözləri yazılmış lövhələr quraşdırılıb. İnsanlar faciə qurbanlarını yad etmək üçün həmin lövhələrin, meriya binalarının qarşısına toplaşır və gül-çiçək düzür, şam yandırırlar.

Həmçinin səhər saatlarından etibarən terrorda yaralananlar üçün qanvermə aksiyalarına başlanılıb. Vətəndaşlar əlverişsiz hava şəraitinə baxmayaraq qan vermək üçün növbələrə düzülür.

Rusiyanın müxtəlif şəhərlərində çəkilmiş görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.