Rusiya

Rusiya terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqlədi - YENİLƏNİB

23 Mart 2024 13:15
Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:15

Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.

Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: "Belə məlumatlar olub, amma konkret heç nə olmayıb".

Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.

Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

--------

12:09


ABŞ Rusiya hökumətini terror aktı barədə xəbərdar edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson bildirib.

"ABŞ hökuməti bu "mütləq xəbərdarlıq" siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb", - Uotson vurğulayıb.

Qeyd edək ki, "Crocus City Hall" terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.