Rusiya

Zaxarovadan Makrona "iki təklif"

17 Mart 2024 18:47
Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Kiyevə silah tədarükünü dayandırmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Mən Makrona cavab təklifi verirəm: mülki insanları öldürmək üçün istifadə edilən silahların tədarükünü, həmçinin terrorizmə sponsorluq etməyi dayandırmaq. Makrona ikinci təklifim də odur ki, Yaxın Şərq münaqişəsinin tərəflərinə də oxşar təklif irəli sürün. Fransanın sözlərindən çox şey asılıdır", - Zaxarova bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Parisin Rusiyaya Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs rejimi təklif edəcəyini demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.