Rusiya

Rusiya britaniyalı nazirin təyyarəsini məhv etmək istəyib

14 Mart 2024 20:55
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşadan qayıdan Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsin olduğu təyyarənin peyk siqnalı Rusiya tərəfindən pozula bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters"ə Britaniya hökumətindəki mənbələr məlumat verib.

Bildirilib ki, təyyarə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçarkən təyyarədəki GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb.

Bu müddət ərzində mobil telefonlar internetə qoşula bilməyib, ona görə də təyyarənin yerinin müəyyən edilməsi üçün alternativ üsullardan istifadə edilməsi məcburiyyəti yaranıb.

Britaniya Müdafiə Nazirliyi vəziyyəti şərh etməkdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.