Rusiya

Qonşu ölkədə dəhşətli zəlzələ oldu

15 Yanvar 2024 19:18
Baxış: 6 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.

FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.