Rusiya

Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəldilər

23 Dekabr 2023 12:13
Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistan və Qırğızıstan hökumətləri nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qrupları ümumi dövlət sərhədinin təxminən 12 km-ni razılaşdırıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tacikistanın "Xovar" milli xəbər agentliyi yayıb.

"Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin daha 11,88 km-ni razılaşdırdılar", - məlumatda deyilir.

Bildirilir ki, qruplar dekabrın 17-dən 23-dək Bustonda (Soqd vilayəti) işləyiblər, onların növbəti görüşü Qırğızıstan ərazisində keçiriləcək.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqı dağıldıqdan sonra onlarla mübahisəli sahə qalıb. Bəzilərində zaman-zaman mübahisələr, o cümlədən silahlı insidentlər yaşanır. Delimitasiya haqda danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.