Rusiya

12 yaşlı qız evlənmək üçün qaçdı

5 Noyabr 2023 09:55
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Volqoqrad vilayətində 12 yaşlı qız evlənmək üçün evdən qaçıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 6-cı sinif şagirdi anasına məktəbi tərk edərək Penzadakı nişanlısının yanına getdiyini deyib.

Məlumata görə, noyabrın 1-də, günorta saatlarında məktəbli qız dərsdən sonra Dubovıy Ovraq kəndindəki evindən taksi çağırıb və stansiyaya tərəf gedib. Ananın sözlərinə görə, qızı Penzadan olan bir oğlanın arvadı olmağa qərar verib. Güman edilir ki, qız onunla sosial şəbəkələrdə tanış olub.

Balaca gəlin normal dərs oxuyurmuş və heç vaxt evdən qaçmayıb. Nişanlının kimliyi müəyyənləşdirilir. Polis həmçinin hadisə ilə bağlı şahidləri axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.