Rusiya

Zaxarova AÇIQLADI: Dağıstanda baş verənlərdə O ÖLKƏNİN əli var

30 Oktyabr 2023 18:08
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Moskva Mahaçqala hava limanındakı iğtişaşların xaricdən təşkil edilmiş və həyata keçirilmiş təxribat olduğunu hesab edir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova danışıb.

Onun sözlərinə görə, sözügedən təxribat Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirməyə yönəlib. 

Zaxarova, həmçinin Mahaçqala hava limanındakı insidentdə Ukraynanın birbaşa və açar rol oynadığını iddia edib. 

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan Mahaçqala hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Hadisə zamanı 20-dən çox insan xəsarət alıb, 60 nəfər isə saxlanılıb. Rusiya KİV aksiyada 1200 nəfərin iştirak etdiyini yazıb. Hava limanı bu gün günorta saatlarında fəaliyyətini bərpa edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.