Rusiya

Rusiyada hoteldə güclü yanğın: İnsanlar ayaqyalın çölə qaçdılar

29 Oktyabr 2023 12:56
Baxış: 1 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Naberejnı Çelnı şəhərində "Kamarooms" hoteli yanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ziyarətçilər tüstünü görüb dərhal binadan qaçmağa başlayıblar. Yanğının aşağı mərtəbələrdən başladığı iddia olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlardan və işçilərdən heç kim xəsarət almayıb.

Bildirilib ki, binadakı yanğın dörd min kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 77 xilasedici və 25 texnika gəlib.

Artıq yanğın söndürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.