Rusiya

Bulvar 99 milyona satışa qoyuldu

29 Oktyabr 2023 11:11
Baxış: 3 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Leninqrad vilayətinin Murino şəhərindəki Petrovski bulvarı 99 milyon rubla (təxminən 1 milyon 782 min manat) satışa qoyulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə bulvarın sahibi "Avito" platformasında müvafiq elan yerləşdirib.

Sahəsi səkkiz min kvadratmetr olan bulvar oktyabrın 16-dan satışa çıxarılıb. Satıcı isə Semko İnkişaf Agentliyidir. Şirkət nümayəndələri qeyd edirlər ki, ərazi ticarət obyektləri üçün əlverişli yer olacaq. "Bulvardan idman, sərgilər, meydançalar və abadlıq işləri üçün də istifadə oluna bilər", - deyə elanda qeyd olunub.

Bulvarın ərazisi R-2 zonasında yerləşir və "ictimai istifadə üçün yaşıl ərazi" hesab olunur. Yəni, obyekt parklar, meydanlar, bağlar, süni su anbarları, mühəndis-texniki təminat obyektləri, qida obyektləri və yolların salınması üçün əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.