Rusiya

Solovyov Satanovskini buna görə işdən çıxardı

21 Oktyabr 2023 17:31
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərqşünas və politoloq Yevgeni Satanovski ekspert işlədiyi "Solovyov LIVE" kanalından Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında söylədiyi fikirlərə görə işdən çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Vladimir Solovyov Telegram-da məlumat verib.

O, verilişinin ekspertinin belə açıqlamalarına görə şəxsən Rusiya Xarici İşlər Nazirliyindən üzr istəyib. Jurnalist Satanovskinin ifadələrini "məzmun etibarilə ədalətsiz" və "forma etibarilə yolverilməz" adlandırıb. Solovyov Satanovskinin bu cür bəyanatları müəllif proqramının kanalında deyil, israilli jurnalistə verdiyi müsahibədə səsləndirdiyini də vurğulayıb.

"Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm və onu kanalımızdan uzaqlaşdırmaq qərarına gəldim", - deyə Solovyov videomüraciətində bildirib. Jurnalist hərbi forma və zirehli geyim geyinib.

Bundan əvvəl internetdə Satanovskinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin antisemitizmindən bəhs etdiyi video yayılıb. O, Zaxarovanı təhqir edib və onun kimi bir şəxsin Rusiya Xarici İşlər Nazirliyinin spikeri olmasına təəccübləndiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.