Rusiya

Vaqnerçilər Ukraynada qırğına göndəriləcək

26 Avqust 2023 13:03
Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner" rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündən sonra muzdlular Rusiya ordusuna birləşdirilərək qırğın üçün Ukraynaya geri göndəriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Muzdlular Rusiya ordusuna inteqrasiyanı gözləyirlər, onlar artıq Müdafiə Nazirliyi ilə müqavilələr imzalayırlar, heç bir müqavimət olmayacaq. Tezliklə onlar Ukraynada döyüş bölgəsində görünəcəklər", - Kovalenko bildirib.

Ekspertin sözlərinə görə, muzdluların dəqiq hara göndəriləcəyi cəbhədəki vəziyyətdən asılı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.