Rusiya

Kremldən Priqojinin ölümü barədə - Açıqlama

25 Avqust 2023 16:08
Baxış: 1 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kremlin "Vaqner"in təsisçisi Yevgeni Priqojinin də həlak olduğu təyyarə qəzası ilə əlaqəli olmasına dair iddialar tamamilə yalandır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. 

"Hazırda bu hadisə və Yevgeni Priqojin də daxil olmaqla təyyarənin sərnişinlərinin faciəvi ölümü ilə bağlı çox sayda spekulyasiya var", - deyə Peskov qeyd edib. 

Onun sözlərinə görə, Y.Priqojinin ölümünün təsdiq olunması üçün ekspertiza tələb olunur, lakin hələ ki rəsmi nəticələr yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.