Rusiya

Medvedyev: Ukrayna iki yolla məhv olacaq!

26 May 2023 11:09
Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın dövlət kimi məhv olması qaçılmazdır, lakin bu da müxtəlif ssenarilər üzrə baş verə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Mən bu yaxınlarda yazmışdım ki, Ukrayna niyə yox olacaq. İndi Ukraynanın necə yox olacağını, eləcə də Avropada və dünyada münaqişənin yenidən alovlanması riskinin nədən ibarət olduğunu söyləməyin vaxtıdır. Bu, müharibədə məğlub olmuş dövlətin parçalanmasının hansı yolla gedəcəyindən asılıdır", - deyə o bildirib.

Medvedyev Ukraynanın məhvinin iki yolunu açıqlayıb:

"Ya dövlət suverenliyinin qalan elementlərinin tədricən itirilməsi ilə Ukrayna dövlətçiliyinin nisbətən ləng eroziyası... Ya da bütün dövlətçilik əlamətlərinin eyni vaxtda məhv edilməsi ilə onun ani dağılması".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.