Məşhur sovet aktyoru Vladimir Kuznetsov 79 yaşında vəfat edib.
Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə "Lenkom" teatrı məlumat yayıb.
Aktyorun ölüm səbəbi məlum deyil.
V.Kuznetsovla vida mərasimi sabah Botkin xəstəxanasının dəfn zalında baş tutacaq.
Qeyd edək ki, o, "Moskva uğrunda döyüş", "Yunona və Avos", "Sakit istintaq" kimi filmlərdə çəkilib.
Milli.Az