Rusiya

Rusiyada qəzaya uğrayan helikopterin yanında və içində heç kəsi tapmadılar - FOTO

13 May 2023 19:00
Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Primorsk diyarının Tiqrovı kəndi yaxınlığında elektrik verilişi xəttində təmir işləri aparan fəhlələr Mi-2 helikopteri aşkarlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, artıq helikopterin sərt enişi ilə bağlı araşdırmaya başlanılıb. Qurum Mi-2-nin istismarının qanuniliyini və pilotun kvalifikasiyasını qiymətləndirəcək.

"İlkin olaraq müəyyən edilib ki, 2023-cü il mayın 9-da Mi-2 helikopteri Primorsk diyarının Anuçinski rayonunda ucqar əraziyə sərt eniş edib. Nəticədə helikopterin quyruq hissəsi zədələnib", - deyə qurumdan bildirilib.

Prokurorluq helikopterdə və onun yaxınlığında ekipaj üzvlərini tapmadıqlarını, həmçinin insanların həyatına və sağlamlığına mümkün zərəri göstərən izlərin olmadığını bildirib.

Eniş zamanı helikopter "Transneft" stansiyasının elektrik xəttini kəsib, daha sonra pilot yoxa çıxıb.

Qeyd edilir ki, xətdəki qəza mayın 9-da məlum olsa da, hadisə yerinə ancaq iki gün sonra getmək mümkün olub. Polis hava gəmisinin özəl təhlükəsizlik şirkətinə məxsus olduğunu öyrənib, pilotun 64 yaşlı Vladivostok sakini Viktor Q. olduğunu müəyyən edib. Pilot axtarışdadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.