Rusiya

11 yaşlı qız dəfələrlə dayısı tərəfindən zorlanıb

17 Aprel 2023 10:21
Baxış: 2 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətində 11 yaşlı qız psixoloqa bir neçə ay dayısı tərəfindən zorlandığını etiraf edib.

Məlumata görə, Serpuxovdan olan 4-cü sinif şagirdi Moskva vilayətinin Naro-Fominsk rayonundakı sağlamlıq mərkəzinə istirahətə gəlib və orada psixoloqun qəbuluna düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislə söhbətində qız anasına danışmaqdan qorxduğu dəhşətli bir sirri açıb. Uşağın sözlərinə görə, ötən ilin payızından anası işdə olarkən dəfələrlə öz 42 yaşlı dayısı tərəfindən zorlanıb.

Psixoloq hər şeyi polisə bildirib. Qız qəyyumluq orqanları tərəfindən ailəyə yardım mərkəzinə göndərilib.

Məlum olub ki, uşaq natamam ailədə böyüyür: 31 yaşlı anası, kiçik qardaşı və əvvəllər aliment ödəmədiyinə görə məhkum olunmuş həmin dayısı ilə.

Polis məsələ ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.