Rusiya

Krımı azad etmək asandır, yoxsa Donbası? - Ekspert

8 Mart 2023 15:47
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Krımı azad etmək Donbasdan daha asandır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert fikirlərini hər iki bölgənin coğrafi cəhətdən fərqli yerlərdə yerləşməsi ilə əsaslandırıb:

"Çünki Krım yarımadadır. Əgər uzaq mənzilli sistemlərdən istifadə edilərsə, o, tamamilə atəş nəzarətinə götürülə bilər. Operativ şəkildə mühasirəyə alınar. Yarımadanı Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti altına aldıqdan sonra Rusiya qoşunlarının orada qalması zaman məsələsi olacaq. Donbasla isə daha çətin olacaq, çünki Rusiya ilə birbaşa əlaqə var - işğalçılar gələcək, Kreml isə davamlı olaraq ora hərbi texnika ötürəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.