Rusiya

Rusiya Ukraynaya yeni qoşun göndərib - CNN

24 Yanvar 2023 13:56
Baxış: 1 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son bir neçə ay ərzində Rusiya Ukraynada cəbhə xəttini gücləndirmək üçün on minlərlə yeni hərbçi göndərib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-nə ABŞ-nın yüksək rütbəli hərbi nümayəndəsi bildirib.

O bildirib ki, həmin qoşunlar zəif təchiz edilib və zəif təlim keçiblər:

"Rusiya cəbhədə mövqeyini gücləndirmək üçün yeni təşkil edilmiş ordu birləşmələrini mövcud hərbçilərə əvəzedici və ya gücləndirici qismində göndərib. Bu hərbçilər əsasən Kremlin oktyabrda 300 min yeni qoşunun səfərbər olunduğunu elan etdikdən sonra döyüş meydanına göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory