Rusiya

Rusiyada LGBT təbliğatına qadağa qoyan qanun layihəsi qəbul edildi

28 Oktyabr 2022 10:44
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin ölkədə, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyatda və kinoda təbliğatının qadağan edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Vyaçeslav Volodin də daxil olmaqla 400-ə yaxın Dövlət Dumasının deputatı LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəkləyib.

Sənəd qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatının, həmçinin LGBT-lər haqqında məlumatların yayılmasının qadağan edilməsini nəzərdə tutur. İnternetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, kinoda və reklamda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarının qadağan edilməsi də açıq şəkildə ifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.