Rusiya

Alla Puqaçovanın nəvəsi orduya çağırıldı

7 Oktyabr 2022 20:58
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya estradasının ulduzu Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə çağırılıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə "Beşinci Kanal" məlumat yayıb.

Nəşr yazır ki, sənətçi birbaşa Qubernsk Teatrının məşqindən götürülüb.

Qurumun mətbuat xidmətinin nümayəndələri, eləcə də Presnyakovun piar meneceri şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı, boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Nikolay Valuyev də çağırış vərəqəsi alıb. O, parlamentin iclasından sonra hərbi komissarlığa gəlməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.