Rusiya

Bu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək

5 Oktyabr 2022 20:52
Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan bu qış "Qazprom"a təxirə salınmış ödəniş istisna olmaqla, Rusiya qazı üçün ən azı 4 milyard avro ödəməli ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Macarıstan, təxirə salınmış məbləği nəzərə almasaq, Avropada qış dövründə Rusiya qazı üçün təxminən 4 milyard avro və ya daha çox pul ödəməli ola bilər", - deyə bildirilib.

Qeyd edək ki, Budapeştin təxminən 1,9 milyard avro məbləğində üç illik gecikmiş ödənişi var.

Macarıstanın MVM şirkəti qiymətlərin kəskin dəyişməsi səbəbindən "Qazprom" ilə qazın ödənişini təxirə salmaq barədə müqavilə bağladığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.