Rusiya

Səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO

5 Oktyabr 2022 15:20
Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Saxalin vilayətində səfərbər olunanların yaxınlarına beş kiloqram balıq veriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vahid Rusiya" partiyasının vilayət icraiyyə komitəsinin rəhbəri Mixail Şuvalov bəyan edib.

O qeyd edib ki, Saxalinə doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb.

"Saxalin vilayətinin hökuməti balıqçılıq sənayesi ilə razılığa gəlib və rayona doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb... Yaxın gələcəkdə Saxalin vilayətində 180 nəfərdən ibarət könüllülər səfərbər edilmiş sakinlərin ailələrinə adambaşına beş-altı kiloqram balıq verəcək", - deyə Şuvalov bildirib.

Qeyd edək ki, bundan əvvəl Tuvada səlahiyyətlilər hər səfərbərliyə cəlb olunmuş çağırışçıya görə ailəyə bir diri qoyun verməyə başlayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.