Bütün dünya Putinin keçmiş müşavirinin başına gələnlərdən danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya-Ukrayna müharibəsinin şiddətlə davam etdiyi bir zamanda bütün dünya Putinin keçmiş müşaviri Anatoli Çubaysın başına gələnlərdən danışır. "New York Times" Rusiya-Ukrayna müharibəsindən sonra ölkəni tərk edən Çubaysın xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Çubaysın qaldığı otağın qoruyucu geyimli ekspertlər tərəfindən araşdırılması sui-qəsd iddialarını gücləndirib...
Aylardır ki, dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir.
Ukraynanın şərq bölgələrində müharibənin şiddətləndiyi bir vaxtda Putinə ən yaxın adamlardan biri olan Anatoli Çubays xəstəliyi ilə gündəmə gəlib.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "New York Times"ın yaydığı xəbərə görə, bir vaxtlar Rusiya prezidenti Vladimir Putinin müşaviri olmuş Çubays təcili xəstəxanaya yerləşdirilib.
"ƏLLƏRİ VƏ AYAQLARI ANİDƏN KEYİMƏYƏ BAŞLAYIB"
Onun həyat yoldaşı Avodtya Smirnova rusiyalı jurnalist Kseniya Sobçaka bildirib ki, Çubays qəfildən əllərində və ayaqlarında keyimə hiss etməyə başlayıb.
Smirnova, həmçinin bildirib ki, ona nadir rast gəlinən Guillain-Barre sindromu diaqnozu qoyulub.
QALDIĞI OTAQ XÜSUSİ QRUP TƏRƏFİNDƏN YOXLANIB
"New York Times"ın Sobçaka istinadən yaydığı xəbərlərdə Çubaysın qaldığı otağın kimyəvi qoruyucu kostyum geyinmiş ekspertlər tərəfindən yoxlandığı barədə məlumat da yer alıb.
Bu isə zəhərlənmə ehtimalı kimi şərh edilib və sui-qəsd iddialarına səbəb olub.
"The New York Post" şərh edib ki, Aleksey Navalnı kimi Kreml dissidentlərinin keçmişdə müəmmalı və qəfildən xəstələndiyini nəzərə alsaq, Çubaysın vəziyyətinin pisləşməsi şübhə doğurur.
"The New York Post" qəzeti Çubaysın Avropa xəstəxanalarından birində müalicə olunduğunu yazıb, lakin ölkənin adını açıqlamayıb.
MÜHARİBƏDƏN SONRA İSTEFA VERMİŞDİ
Çubays fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra istefa verən yüksək vəzifəli şəxslərdən biridir. Mart ayında tutduğu vəzifədən istefa verdiyini açıqlayan Çubaysın Rusiyanı tərk etdiyi məlum idi.
PUTİNİN SAĞ QOLUNA QARŞI SUİ-QƏSD İDDİASI
Xatırladaq ki, ötən həftələrdə də analoji iddia irəli sürülmüşdü. Britaniyanın "Daily Mail" qəzeti Rusiya Təhlükəsizlik Şurasının rəhbəri, Rusiya lideri Vladimir Putinin sağ əli kimi tanınan Nikolay Patruşevə qarşı sui-qəsd planı hazırlandığını iddia etmişdi.
"SİNTETİK ZƏHƏRLƏ ÖLDÜRMƏYƏ ÇALIŞIBLAR"
Kremldəki mənbəyə əsaslanan xəbərə görə, çox güclü fiqur kimi önə çıxan Patruşev zəhərlənib.
Adını açıqlamayan mənbə Patruşevin sintetik maddədən zəhərləndiyini bildirib və onun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sui-qəsdlə bağlı dəqiq vaxt açıqlamayan mənbə bildirib ki, Patruşev sağ qala bilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





