Rusiya

Rusiyada uşaq oyuncaqları icarəyə verilir

9 İyul 2022 10:22
0 Şərh     Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada daha bir yenilik tətbiq olunub.

Regionlarda uşaq oyuncaqlarının icarəsi xidməti işə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müştərilər bir neçə gün, həftə, hətta aylar üçün istədikləri oyuncağı icarəyə götürə bilərlər.

Yeniliyin müəllifi Rostov vilayətindən olan Olqa adlı bir xanımdır. Onu biznes qurmağa oyuncaq mağazalarındakı bahalaşma vadar edib.

"İlk növbədə, əlbəttə ki, Lego konstruktorlarına tələbat var. Birincisi, istisnasız olaraq bütün uşaqlar onları bəyənir. İkincisi, bu dəstlər həmişə baha olub. Üçüncüsü, bu gün onlar həqiqətən satışdan itib. Bundan əlavə, çoxları stolüstü oyunlar, inkişaf etdirici oyunlar ilə maraqlanır", - deyə işgüzar xanım bəyan edib.

O, xidmətin bu qədər məşhur olacağını gözləmədiyini də vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.