Rusiya

Putinlə Şoyqunun Sibirdə şok planı... - Danilov

22 Aprel 2022 14:42
1 Şərh     Baxış: 1 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada ukraynalılar üçün həbs düşərgələri yaratmağı planlaşdırırdılar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

"Genişmiqyaslı müdaxilə qərarını Putin təkbaşına verməyib, bu, Rusiyanın ali siyasi rəhbərliyinin qərarıdır. Rus ordusunun vəzifəsi ölkəmizi, xalqımızı məhv etmək, Ukraynanı müstəmləkəyə çevirməkdir. Qərbi Sibirdə Putin və Şoyqu yeni şəhərlər tikmək üçün ukraynalılara konsentrasiya düşərgələri qurmağı planlaşdırırdılar. Rusiyanın dayanmayacağına şübhə yoxdur. Biz onları bütün ərazilərimizdən, o cümlədən Krımdan qovmayana qədər müharibə bitməyəcək", - Danilov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.