Rusiya

Bu ölkə liderləri Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı razılığa gəldilər

20 Aprel 2022 17:12
Baxış: 1 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeddilər qrupu (G7), Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətlərin liderləri Rusiyaya qarşı əlavə sanksiyaların qəbul edilməsi, o cümlədən rəsmi Moskvanın beynəlxalq təcridinin artırılması barədə razılığa gəliblər.

Milli.Az bizimmedia-ya istinadla xəbər verir ki, İtaliya Nazirlər Şurasının yaydığı məlumata görə, Baş nazir Mario Draqi ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Boris Conson, Kanadanın Baş naziri Castin Trüdo, Yaponiyanın Baş naziri Fumio Kişida, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus Yohannis, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və NATO-nun Baş katibi Yens Stoltenberq ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Rusiya-Ukrayna gərginliyi fonunda baş verənləri müzakirə edən liderlər Ukraynaya başda maliyyə yardımı olmaqla, bütün sahələrdə dəstək üçün sıx koordinasiyanın vacibliyini vurğulayıblar.

Bildirilib ki, görüşdə əlavə sanksiyaların qəbulu da daxil olmaqla, Rusiyaya təzyiqlərin artırılması və rəsmi Moskvanın beynəlxalq təcridinin genişləndirilməsi ilə bağlı konsensus əldə edilib. Həmçinin enerji mənbələrinin şaxələndirilməsinə dair birgə öhdəlik vurğulanıb və bunun Rusiya resurslarından asılılığı azaldacağı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.